Azərbaycanın bu ölkələrə ixrac etdiyi qazın həcmi açıqlanıb – Siyahı

10:47 - 9.07.2020


9 iyul, Fineko/abc.az. 2020-ci ilin 6 ayı ərzində ötən ilin müvafiq dövrünə nisbətən 11 faizdən çox, yəni 2 milyard kubmetrə yaxın artımla 19,3 milyard kubmetr qaz hasil edilib.

ABC.AZ xəbər verir ki, bu barədə Energetika Nazirliyinin yaydığı məlumatda qeyd olunub.

Qeyd olunub ki, qaz hasilatının 6,3 milyard kubmetri AÇG-dən, 9,4 milyard kubmetri isə “Şahdəniz”dən əldə edilib. SOCAR üzrə bu dövrdə 3,6 milyard kubmetr qaz hasil olunub. Bu dövrdə xaricə qaz satışı 6,5 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,9 faiz çoxdur. Cari ilin yanvar-iyun aylarında 2019-cu ilin müvafiq dövrünə nisbətən Türkiyəyə 24,5 faiz çox, yəni 5,2 milyard kubmetr qaz ixrac edilib. Gürcüstana ixrac edilən qazın həcmi 1,3 milyard kubmetr olub. Qeyd edək ki, TANAP ilə Türkiyəyə bu müddətdə 1,9 milyard kubmetr qaz nəql olunub.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər