Azərbaycana gətirilən elektrik avtomobillərinin sayı açıqlanıb

11:45 - 21.07.2020


21 iyul, Fineko/abc.az. 2020-ci ilin yanvar-iyun aylarında Azərbaycana 2134 elektriklə işləyən nəqliyyat vasitəsi gətirilib.

ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib. Sözügedən nəqliyyat vasitələrindən 2052-i daxili yanma mühərriki ilə yanaşı, elektrik mühərriki ilə də hərəkətə gətirilən, 82-i isə yalnız elektrik mühərriki ilə hərəkətə gətirilən nəqliyyat vasitəsidir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər