Paytaxtda bir sıra yollarda sürət həddi endirilib

12:08 - 17.08.2020


17 avqust, Fineko/abc.az. Yağışlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti - hava limanı - Mərdəkan və Zığ-Beton yolu - hava limanı yollarında sürət həddi bütün zolaqlar üzrə müvafiq olaraq endirilib.

Bu barədə ABC.AZ-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, məqsəd yağışlı havada yol hərəkəti təhlükəsizliyinin təmin olunmasıdır.

 

Bütün xəbərlər