Cari ildə əsas kapitala 2,6 faiz çox vəsait yönəldilib

15:57 - 17.08.2020


17 avqust, Fineko/abc.az. 2020-ci ilin yanvar-iyul aylarında əsas kapitala 7588,3 milyon manat məbləğində, yaxud 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2,6 faiz çox vəsait yönəldilib.

Bu barəd ABC.AZ-a Dövlət Statistika Komitəsindən açıqlama verilib.

Qeyd olunur ki, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 22,9 faiz artıb, qeyri- neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 9,6 faiz azalıb.

İstifadə olunmuş vəsaitin 5104,7 milyon manatı və ya 67,3 faizi məhsul istehsalı sahələrinə, 1745,9 milyon manatı (23 faizi) xidmət sahələrinə, 737,7 milyon manatı (9,7 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitlərin 4692,5 milyon manatını və ya 61,8 faizini daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitlərin 4703,9 milyon manatı və ya 62 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.

 

Bütün xəbərlər