Vüqar Hüseynov: “Bu fərman aqroxidmətləri fermerlər üçün daha əlçatan edəcək”

16:52 - 17.08.2020


17 avqust, Fineko/abc.az. Prezident İlham Əliyevin Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqrolizinq” ASC-nin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında bu gün imzaladığı fərman fermerlərin kənd təsərrüfatı istehsalı vasitələri ilə təminatının yaxşılaşdırılmasına, onlara göstərilən xidmətlərin səmərəliliyinin artırılmasına və bu prosesdə sistemliliyinin təmin olunmasına hesablanıb.

ABC.AZ xəbər verir ki ,bunu “Report”a açıqlamasında sözügedən fərmanı şərh edən nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov deyib.

“Fərmanla “Aqrolizinq”ın adı “Aqroservis”ə dəyişdirilib. Bundan sonra həmin qurum fermerlər üçün kənd təsərrüfatı texnikası, aqrokimyəvi maddələr, sertifikatlı toxum və ting, texnoloji avadanlıqlar, suvarma dəstləri ilə təminatı həyata keçirəcək. Səhmdar cəmiyyətinin lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri isə Aqrar Kredit və İnkişaf Agentliyinə keçib. Son nəticədə aqroxidmətlərin fermerlər üçün daha əlçatan olacağını düşünürük”, - deyə o, qeyd edib.

 

Bütün xəbərlər