Cari ildə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu artıb

16:45 - 26.08.2020


26 avqust, Fineko/abc.az. Cari ilin avqustun 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 14 milyard 204,5 milyon manat təşkil edib.

Bu barədə ABC.AZ Azərbaycan Mərkəzi Bankına (AMB) istinadla xəbər verir.

Bildirilir ki, bu göstərici ötən ayla müqayisədə 34,7 milyon manat, keçən ilin eyni dövrü ilə müqayisədə isə 862,2 milyon manat çoxdur.

 

Bütün xəbərlər