Mərkəzi Bank 100 mln. manat cəlb etməyi planlaşdırır

11:41 - 28.08.2020


28 avqust, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) banklar üçün növbəti depozit hərracı keçirəcək.

AMB-nin məlumatında deyilir ki, avqustun 31-də depozit hərracında bank, 14 gün müddətinə 100 mln. manat cəlb etməyi planlaşdırır.

Faiz dəhlizi üzrə cəlb olunan vəsaitlər 6,26% - 6,74% səviyyəsində müəyyən edilib.

AMB depozit hərraclarını 2016-cı ilin iyun ayından keçirir.

 

Bütün xəbərlər