Azərkosmos Afrikada televiziya yayımı təşkil edəcək – Yeni müqavilə

12:30 - 1.09.2020


1 sentyabr, Fineko/abc.az. “Azərkosmos” Afrikada telekommunikasiya xidmətləri sahəsində fəaliyyət göstərən “Globecast” qlobal media yayım şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

“Azərkosmos"-dan ABC.AZ-a daxil olan məlumata görə,  bu əməkdaşlıq sayəsində “Globecast” şirkəti Afrika regionunda “Azerspace-1” peykinin C diapazonu ilə müştərilərinə xidmət göstərəcək.

Afrika regionunda televiziya yayımının çətin olduğu ərazilərdə “Globecast” şirkətinin platformaları asanlıqla “Azerspace-1” peykinin siqnallarını qəbul edəcək və bu da xəbərlər, idman və xüsusi tədbirlərin birbaşa yayımlanmasına imkan verəcək.

 

Bütün xəbərlər