2021-ci ildə büdcənin bu qədər gəliri olacaq – Proqnoz

11:57 - 3.09.2020


3 sentyabr, Fineko/abc.az. Azərbaycanın 2021-ci il üçün dövlət büdcəsinin gəlir və xərcləri açıqlanıb.

ABC.AZ xəbər verir ki, 2021-ci ildə dövlət büdcəsinin gəlirləri 24 milyard 327 milyon manat məbləğində proqnozlaşdırılır.

Açıqlamada bildirilir ki, gəlirlərin 57,3 faizi və ya 13 milyard 950,0 milyon manatı neft sektorunun, 42,7 faizi və ya 10 milyard 377,0 milyon manatı qeyri-neft sektorunun payına düşür. Neft sektoru üzrə büdcə gəlirlərinin 87,5 faizini və ya 12 milyard 200 milyon manatını Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfert, 12,5 faizini və ya 1 milyard 750,0 milyon manatını vergi orqanlarının xətti ilə neft sektorundan daxilolmalar təşkil edir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər