Neftin büdcədə gələn ilki qiyməti belədir – Açıqlama

11:59 - 3.09.2020


3 sentyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Azərbaycanın 2021-ci il üçün dövlət büdcəsinin gəlir və xərcləri açıqlanıb.

ABC.AZ xəbər verir ki, 2021-ci il üçün icmal və dövlət büdcəsinin gəlirləri hesablanarkən neftin bir barelinin qiyməti daha mühafizəkar yanaşma əsasında 35 ABŞ dollarına bərabər götürülüb.

2021-ci ildə dövlət büdcəsinin xərcləri 25 milyard 847 milyon 500 min manat məbləğində proqnozlaşdırılır. Xərclərin 18 milyard 106,6 milyon manat və ya 70,1 faizini cari xərclər, 5 milyard 389,1 milyon manat və ya 20,8 faizini əsaslı xərclər, 2 milyard  351,8 milyon manat və ya 9,1 faizini dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər təşkil edir.

Qeyd edək ki, Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 milyard 124 milyon min manat, xərcləri 27 milyard 492 milyon 200 min manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 23 milyard 359 milyon 465 min manat, yerli gəlirləri 764 milyon 535  min manat, mərkəzləşdirilmiş xərcləri 26 milyard 677 milyon 330  min manat, yerli xərcləri 814 milyon 870  min manat) məbləğində təsdiq edilib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər