330x110
 

Banklardakı problemli kreditlərlə bağlı sahibkarlarla məsləhətləşmələr aparılacaq – Təklif

07.09.2020,12:18


7 sentyabr, Fineko/abc.az. Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) tərkibindəki Turizm və xidmət üzrə iş komissiyasının iclası keçirilib.

ASK-dan ABC.AZ-a daxil olan məlumata görə,

iclasda turizm sənayesi nümayəndələrinin problemli kreditlərinin həlli yolları və dövlətin dəstək mexanizmləri, “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycanda mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları”nın təsdiq edilməsi barədə qərarın müzakirə olunub. İclasda Azərbaycan Banklar Asossasiyasının sədri Zakir Nuriyev bildirib ki, bağlanmış banklarda qalmış sahibkarların aktivlərin reallaşdırılması ilə bağlı Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna (ADIF) müraciət edilərək banklarda vəsaiti qalmış təşkilatların həmin aktivlərinin çıxarılması yollarının onlarla müzakirə edilməsi tövsiyə olunub. O hazırda banklar tərəfindən mövcud kreditlərin sentyabrın 30-na qədər restrukturizasiya edildiyini vurğulayıb. İclasda bank və bank olmayan kredit təşkilatlarındakı problemli kreditlərlə bağlı sahibkarların kuratorları ilə məsləhətləşmələr aparması təklif edilib.

Sonra sahibkarlar 1 illik kredit tətillərinin verilməsi və digər dəstək mexanizmləri, o cümlədən “Koronavirus (COVID-19) pandemiyası dövründə mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları”na dəyişikliklərlə bağlı təkliflərini veriblər.

Müəllif: Elmir Murad