Bakıda bu ünvanlarda sənədsiz evlər rəsmiləşdiriləcək - Siyahı

15:04 - 7.09.2020


7 sentyabr, Fineko/abc.az. İstismarına icazə verilmiş yeni çoxmənzilli binalardakı mənzillər üçün “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində növbəti səyyar sənəd qəbulu sentyabrın 9-da Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, 26 ünvanında, sentyabrın 11-də isə Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 5c ünvanında keçiriləcək.

ABC.AZ İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, vətəndaşların mənzillərə aid mülkiyyət hüququnu təsdiq edən sənədin (çıxarışın) hazırlanması 15 iş günü ərzində təmin edilir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər