Azərbaycanda istehsal olunan avtomobillərin sayı açıqlanıb – Hesabat

10:50 - 16.09.2020


16 sentyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Dövlət Statistika Komitəsi bu ilin 8 ayında (yanvar-avqust) maşın və avadanlıqlar, sair nəqliyyat vasitələri, avtomobil, qoşqu və yarımqoşquların istehsalı ilə bağlı hesabat yayıb.

ABC.AZ-ın məlumatına görə, sözügedən dövrdə Azərbaycanda 1 170 ədəd minik avtomobili istehsal olunub.

Bu da illik müqayisәdә 326 әdәd və ya 21,8% azdır. Bu il sentyabrın 1-nə ölkədə 119 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Bəhs olunan dövrdə ölkədə həm də 165 ədəd traktor istehsal edilib. Bu da ötən illə müqayisədə 79,8% azdır. Belə ki, bu il sentyabrın 1-nə ölkədə 144 ədəd hazır məhsul ehtiyatı yaranıb.

 

Bütün xəbərlər