330x110
 

Qızıl 24 dollara yaxın ucuzlaşdı – Qiymətdə rekord azalma

17.09.2020,09:55


17 sentyabr, Fineko/abc.az. Dünya birjalarında satılan qızıl və gümüşün qiymətləri açıqlanıb.

ABC.AZ-ın məlumatına görə, bu dəfə qızılın qiyməti kəskin ucuzlaşıb.

Belə ki, sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 23,90 ABŞ dolları ucuzlaşaraq 1 946,60 dollara ticarət olunub.

Gümüşün unsiyasının qiyməti isə 0,48 dollar azalaraq 27,00 dollara satılıb.