İqtisadi böhranın bərpası 5 il çəkə bilər - Dünya Bankının rəsmisi

15:21 - 17.09.2020


17 sentyabr, Fineko/abc.az. Dünya iqtisadiyyatının yeni növ koronavirus (COVID-19) pandemiyası səbəbindən yaranan böhranın bərpası 5 il çəkə bilər.

ABC.AZ-ın apa-ya istinadən məlumatına görə, bunu Dünya Bankının baş iqtisadçısı Karmen Reynhart deyib.

"Karantinlə əlaqədar bütün məhdudlaşdırıcı tədbirlərin ləğvi fonunda olduqca sürətli bir sıçrayış olacaq, lakin tam bərpa 5 ilə qədər davam edəcək", - deyə iqtisadçı bildirib.

Eyni zamanda, K.Reynhart böhrandan sonra dünyada yoxsulluq səviyyəsi son 20 ildə ilk dəfə artacağını gözləyir.

İqtisadçının fikrincə, pandemiyanın yaratdığı böhran dünyadakı bərabərsizliyi artıracaq: "Əhalinin ən kasıb təbəqəsi zəngin ölkələrdə böhrandan daha çox əziyyət çəkəcək, kasıb ölkələr isə zəngin ölkələrə nisbətən daha çox zərər görəcək".

 

Bütün xəbərlər