Neft bahalaşır, Brent barrel başına $43,60 təşkil edir

10:22 - 18.09.2020


18 sentyabr, Fineko/abc.az. Neftin etalon markaların qiymətləri cümə günü ticarətində artır.

9:40-da London ICE Futures birjasında, Brent markalı neftin noyabr fyuçersi $ 0,30 (0,69%) – barel başına $43,60 qədər yüksəldi. Hərracların nəticələrinə görə, sentyabrın 17 – də onun qiyməti artıb $1,08 (2,56%) və $43,30 təşkil edib.

9:40-da, Nyu-York ticarət birjasında (NYMEX)WTI-nin oktyabr ayına olan fyuçersi $0,28 (0,68%) – bir barel üçün $41,25-ə yüksəldi. Sentyabrın 17-də hərracların nəticələrinə görə, müqavilə $0,81 (2,02%) artaraq  barrel başına $40,97-dək təşkil edib.

 

Bütün xəbərlər