Ələt Azad İqtisadi Zonasına fiber kabellər çəkiləcək

10:24 - 18.09.2020


18 sentyabr, Fineko/abc.az. “Bakı Telefon Rabitəsi” MMC Ələt Azad İqtisadi Zonasının yaradılması ilə əlaqədar movcud rabitə qurğularının köçürülməsi üçün fiber optic kabellərin çəkilişinə hazırlanmış layihə -smeta sənədlərinə uyğun görüləcək tikinti-quraşdırma işlərinə tələb olunan mal-materilalların (1), PVC boru və birləşdiricilərin (2), istismar işləri üçün istifadə olunacaq mal-materialların (3), tələb olunan Fiber optic, TPP kabelləri və birləşdiricilərin (4), eləcə də qum, sement, çınqıl və s. mal-materialların satınalınması üçün açıq tender elan edib.

ABC.AZ-ın məlumatına görə, tenderlərdə iştirak haqqı müvafiq olaraq 400 manat (lot-1), 1 000 manat (lot-2), 500 manat (lot-3), 500 manat (lot-4) və 250 manatdır (lot-5).

 

Bütün xəbərlər