Bakı Enerji Xartiyası Forumu keçiriləcək - Bu dəfə videformatda

14:44 - 18.09.2020


18 sentyabr, Fineko/abc.az. Beynəlxalq Enerji Xartiyası və Energetika Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Bakı Beynəlxalq Enerji Xartiyası Forumu keçiriləcək.

ABC.AZ xəbər verir ki, oktyabrın 28-də baş tutacaq Forum onlayn formatda təşkil olunacaq.

Forumda bərpa olunan enerji mənbələrinə əsaslanan daha dayanıqlı bir dünyada çağırış və imkanlar nəzərdən keçiriləcək, həmçinin bütün dünyada enerji sektorunun gələcəyini müasir strategiya, layihə və texnologiyaların necə formalaşdıracağı müzakirə ediləcək.

Tədbirdə Enerji Xartiyasının iştirakçısı olan ölkələrin hökumət və beynəlxalq təşkilatlarından yüksək səviyyəli məruzəçilər, həmçinin özəl sektordan, maliyyə institutlarından, analitik mərkəzlərdən və elmi dairələrdən olan aparıcı beynəlxalq ekspertlər iştirak edəcəklər.

 

Bütün xəbərlər