330x110
 

TuranBank yeni kredit kampaniyasına start verdi

21.09.2020,14:49


21 sentyabr, Fineko/abc.az.  Nağd pul krediti hələ belə sərfəli olmamışdır. Belə ki, TuranBank nağd kredit faizləri üzrə faiz dərəcəsini daha sərfəli edən yeni Payız Kampaniyasına start verdi.

 

Yeni kampaniya çərçivəsində TuranBanka müraciət edən hər kəs nağd istehlak kreditlərini 14.5%-dən başlayan faiz dərəcəsilə əldə etmək imkanı qazanacaq. 30 oktyabr 2020-ci il tarixinədək qüvvədə olan kampaniyanın şərtlərinə əsasən maksimal əldə edilə biləcək kredit məbləği 30 000 AZN təşkil edir.

 

Kredit üzrə faizlərin aşağı olması müştərilərə aylıq ödənişlərini maliyyə sıxıntısı keçirmədən rahatlıqla reallaşdırmağa imkan verəcək.

 

Nağd pul kreditini əldə etmək üçün müştərlər istənilən filialımıza yaxınlaşa bilərlər. Əlavə məlumat üçün TuranBankın “935” Məlumat Mərkəzi və ya 050 268 72 22 Whastapp nömrəsilə əlaqə saxlaya bilərsiniz.

 

Bank və bank məhsullarına aid bütün yeniliklər haqqında TuranBank-ın rəsmi veb səhifəsi və ya sosial şəbəkələrini izləyərək məlumat ala bilərsiniz.

 

 

Açar sözlər: TuranBank