Avronun manata qarşı məzənnəsi aşağı enib - Məbləğ

17:19 - 23.09.2020


23 sentyabr, Fineko/abc.az. Sentyabrın 23-də avronun manata qarşı rəsmi məzənnəsi açıqlanıb.

ABC.AZ xəbər verir ki, bu gün avro manata qarşı ikiaylıq minimuma enərək 1,9854 manat səviyyəsinə düşüb.

Qeyd edək ki, Avronun manata qarşı sonuncu dəfə bu səviyyədən aşağı olması cari ilin iyul ayının 24-də olub. Sözügedən tarixdə 1 avro 1,9716 manata bərabər olub.

 

Bütün xəbərlər