Ermənilərin Qarabağdan qaçdığı təsdiqləndi – 50 faizi gedib

17:02 - 7.10.2020


7 oktyabr, Fineko/abc.az. Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilərin ərazini kütləvi formada tərk etdikləri təsdiqlənib.

ABC.AZ report-a istinadən xəbər verir ki, Dağlıq Qarabağdakı qondarma rejimin “ombudsman”ı Artak Beqlaryan bölgədən 70 000-75 000 nəfərin qaçdığını bildirib.

“İlkin rəqəmlərə görə, insanların 50 %-i Qarabağdan Ermənistana gedib”, o deyib.

 

Bütün xəbərlər