Azərbaycanla Ermənistana humanitar barışıq təklif edildi – Meyitləri götürmək üçün

12:14 - 8.10.2020


8 oktyabr, Fineko/abc.az. ATƏT-in Minsk Qrupunun həmsədrləri Yeni Qarabağ müharibəsində döyüşən tərəflərə - Ermənistana və Azərbaycana həlak olanların meyitlərinin götürülməsi üçün humanitar barışıq elan olunmasını təklif ediblər.

ABC.AZ virtual.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı ATƏT-in saytı yayıb.

Qeyd olunub ki, həmsədrlərin fikrincə, bu, atəşkəsə doğru ilk addım ola bilərdi.

Beynəlxalq Qırmızı Xaç vasitəçi rolunu götürməyə hazır olduğunu bildirib.

 

Bütün xəbərlər