İrana qaçan ermənilər ordan da qovulur – Çıxılmaz vəziyyətdə qalıblar

12:26 - 8.10.2020


8 oktyabr, Fineko/abc.az. Cəbrayıl və Füzuli rayonlarında yaşayan ermənilər həmin ərazidə gedən hərbi əməliyyatlar nəticəsində yaşayış yerini tərk edərək İran İslam Respublikasının Ərdəbil vilayətinin Aslandüz şəhəri yaxınlığında yerləşən İskanlı kəndinin ərazisindən keçməklə İrana daxil olmağa cəhd göstəriblər.

ABC.AZ-ın məlumatına görə, İranda yaşayan xeyli sayda azərbaycanlılar həmin əraziyı toplaşıb və bu kimi cəhdlərə mane olurlar. Belə ki, İran ərazisinə keçmək istəyən ermənilər azərbaycanlılar tərəfindən fiziki təzyiqlərlə üzləşir və geri qayıtmağa məcbur edilirlər.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər