İyirmi ildən sonra Bakı əhalisi bu qədər olacaq – Proqnoz

15:11 - 9.10.2020


9 oktyabr, Fineko/abc.az. Bakı şəhərinin 2040-cı ilə olan əhali proqnozunun verilməsi üçün ümumilikdə yeddi fərqli ssenari üzərində təhlil aparılıb.

ABC.AZ report-a istinadən xəbər verir ki, bu barədə bu gün ictimaiyyətə təqdim edilmiş Bakının Baş Planı 2040-cı ildə Bakı şəhərinin əhalisi ilə bağlı proqnozlarında qeyd edilib.

Müxtəlif riyazi modellər və fərqli hesablama yanaşmalarının tətbiqi ilə aparılmış təhlillərə görə hesabat dövrü üçün şəhər əhalisinin 2,88 – 3,17 milyon nəfər arasında dəyişəcəyi müəyyən edilib.

Bakı şəhərinin Baş Planı çərçivəsində əhali artımı ssenariləri üzrə hesablama nəticələrinin ən yüksək həddi əsas götürülmüş və 2040-cı ilə qədər şəhər əhalisinin 3,17 milyon nəfər təşkil edəcəyi qəbul edilib.

 

Bütün xəbərlər