Azərbaycan heç bir Su-25 döyüş təyyarəsini havaya qaldırmayıb – Nazirlik

11:31 - 14.10.2020


14 oktyabr, Fineko/abc.az. Bu gün növbəti dəfə Ermənistan müdafiə nazirliyi guya Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus Su-25 döyüş təyyarəsinin vurulması barədə yalan xəbər yayıb.

ABC.AZ xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

"Bir daha rəsmi olaraq bildiririk ki, Azərbaycan HHQ-nin döyüş aviasiya vasitələri tətbiq edilmir və heç bir Su-25 döyüş təyyarəsi havaya qaldırılmayıb" - deyə Nazirlikdən bildiriblər.

 

Bütün xəbərlər