Hikmət Hacıyev: "Bu, mülki şəxslərə qarşı düşünülmüş raket hücumudur"

09:29 - 17.10.2020


17 oktyabr, Fineko/abc.az. “Ermənistanın Gəncədəki mülki əhaliyə qarşı xain və vəhşicəsinə raket zərbəsi Ermənistanın hərbi-siyasi rəhbərliyinin döyüş meydanındakı məğlubiyyət qarşısında acizliyinin və ümidsizliyinin əlamətidir”.

ABC.AZ xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"dəki hesabında yazıb.

 

O, qeyd edib ki, bu, mülki şəxslərə qarşı qəsdən düşünülmüş raket hücumudur.

 

Bütün xəbərlər