Polis vətəndaşlara müraciət etdi – Ayıq olun

09:54 - 19.10.2020


19 oktyabr, Fineko/abc.az. Daxili İşlər Nazirliyi elan olunmuş hərbi vəziyyət rejimi ilə əlaqədar vətəndaşlara müraciət edib.

ABC.AZ-ın məlumatına görə, müraciətdə respublikada elan olunmuş hərbi vəziyyət rejimi ilə əlaqədar vətəndaşlarımız hər an ayıq-sayıq olmalı, eyni zamanda komendant saatı qaydalarına ciddi riayət etməli olduğu qeyd olunub.

Müraciətdə daha sonra bildirilir: "Koronavirus infeksiyasının doğurduğu təhlükəni də bir an belə unutmamalı, sağlamlığımızın qayğısına qalmalıyıq. Qanunlara və qaydalara ciddi riayət etməklə, nümunəvi davranışla düşmənlə mübarizəyə çoxsaylı qüvvə cəlb etmiş dövlət orqanlarının fəaliyyətinə böyük dəstək vermiş olarıq. Gəlin hamımız düşmən üzərində qələbəyə xidmət edək”.

 

Bütün xəbərlər