Bu münaqişə nəhayət öz həllini tapmalıdır – Hikmət Hacıyev

16:32 - 19.10.2020


19 oktyabr, Fineko/abc.az. Azərbaycan öz suveren ərazilərini bərpa edir.

ABC.AZ xəbər verir ki, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev ölkəmizdəki diplomatlarla görüşdə qeyd edib.

O bildirib ki, bu münaqişə nəhayət öz həllini tapmalıdır: "Biz bunu gələcək nəsillərə saxlamamalıyıq. Ermənistan müxtəlif ölkələrdən muzdlular gətirərək Azərbaycan əleyhinə istifadə etməyə cəhd edir. Ermənistan silah daşınması üçün mülki təyyarələrdən istifadə edir. Bu da beynəlxalq aviasiya qanunlarının kobud şəkildə pozulmasıdır. Eyni zamanda, diasporun maliyyəsi ilə qara bazardan silahlar alaraq Ermənistana gətirirlər və bu silahlardan Azərbaycan mülki əhalisinə qarşı istifadə edirlər. Beynəlxalq təşkilatlar bunun qarşısını almalıdırlar”.

 

Bütün xəbərlər