Düşmənin yüksək rütbəli hərbçiləri məhv edildi – Gecə döyüşlərində ermənilər geri çəkilib

10:24 - 20.10.2020


20 oktyabr, Fineko/abc.az. Qoşunlarımız bütün cəbhə boyu əməliyyat şəraitinə nəzarət edir.

ABC.AZ xəbər verir ki, bu oktyabrın 19-u gün ərzində və 20-ə keçən gecə cəbhədəki vəziyyətlə bağlı Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunub.

Qeyd olunub ki, eyni zamanda Azərbaycan Ordusunun endirdiyi artilleriya zərbələri nəticəsində Ermənistan silahlı qüvvələrinin 1-ci motoatıcı alayının müdafiə sahəsində düşmən bölmələrinin şəxsi heyəti arasında çoxlu sayda ölən və yaralanan olub.

Alayın 1-ci motoatıcı taborunun şəxsi heyəti və döyüş texnikası tamamilə sıradan çıxarılıb.

Alay komandirinin müavini Hovik Melkumyan, digər vəzifəli şəxs Qor Mirzoyan, həmçinin alayın müdafiə zolağında mövqe tutan xüsusi təyinatlı bölmənin komandiri kapitan Vahab Asetryan da zərərsizləşdirilib. Azərbaycan Ordusunun həyata keçirdiyi tədbirlər nəticəsində 2-ci motoatıcı alayın müdafiə sahəsində düşmənin bir bölməsi döyüş mövqelərini tərk edərək geri çəkilib.

 

Bütün xəbərlər