İşğaldan azad olunan bu şəhərlərdə yarımstansiya tikiləcək – Layihələndirmə tamamlanır

14:37 - 21.10.2020


21 oktyabr, Fineko/abc.az. “Azərenerji” ASC Azərbaycanın işğaldan zad edilən və ediləcək rayonlarında yeni 110 kVt-lıq sistem əhəmiyyətli yarımstansiyaların tikilməsi və quraşdırılması, ikidövrəli yüksək gərginlikli 110 kV-luq elektrik xətlərinin çəkilməsi ilə bağlı layihələndirmə işini tamamlamaqdadır.

ABC.AZ quruma istinadən xəbər verir ki, ilkin olaraq Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının hər birində 110 kVt-lıq sistem əhəmiyyətli 4 yarımstansiyanın tikilməsi və onların arasında 110 kV-luq elektrik xətlərinin çəkilməsi nəzərdə tutulub.

“Paralel olaraq “Azərişıq” ASC-də 35 kVt-lıq yarımstansiyaların tikməsi ilə bağlı əlaqəli layihələndirmə işləri aparılır. Tikiləcək yarımstansiya və xətlər üçün avadanlıqlarla təchizat və başqa sahələr üzrə işlər görülür. Məqsəd işğaldan azad edilən rayon və kəndləri ən qısa vaxtda elektrik enerjisi ilə təmin etməkdir”, - “Azərenerji”dən bildirilib.

 

Bütün xəbərlər