Düşmən qoşunlarının idarə edilməsi praktiki olaraq itirilib – Rəsmi

10:17 - 23.10.2020


23 oktyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Müdafiə Nazirliyi oktyabrın 22-si cəbhənin bir sıra istiqamətlərində döyüş əməliyyatlarının müxtəlif intensivliklə davam etməsi barədə məlumat yayıb.

ABC.AZ-ın məlumatına görə, bütün cəbhə boyu düşmənin əsas ehtiyatlarına, hərbi infrastrukturuna bərpa olunmayan zərər vurulub.

Düşmən bölmələrində döyüş texnikası, silah və sursat, ərzaq çatışmazlığı mövcuddur.

Düşmən qoşunlarının idarə edilməsi praktiki olaraq itirilib. Döyüş mövqelərini qorumaq üçün nizami ordu bölmələri çatışmadığından onların əvəzinə məcburi şəkildə toplanan mülki insanlar gətirilir.

Məlum olub ki, Ermənistanın Tavuş və Sisian rayonundan Dağlıq Qarabağa gətirilmiş şəxsi heyət döyüşlərə girməkdən imtina edir, fərarilik edərək mövqeləri tərk edirlər. Hazırda bütün cəbhə boyu döyüşlər davam edir.

 

Bütün xəbərlər