Əhalinin banklardakı vəsaitləri azalıb, şirkətlərinki isə artıb – 9 ayın hesabatı

14:43 - 27.10.2020


27 oktyabr, Fineko/abc.az. İl ərzində əhalinin banklardakı vəsaitləri 9,1% azalıb.

ABC.AZ Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, əhalinin banklardakı vəsaitləri azalsa da, şirkətlərinki artıb.

Belə ki, yanvar-sentyabr aylarında şirkətlərin banklardakı vəsaitləri 0,8% çoxalıb.

Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə təxminən 2,4 dəfə artaraq 384,8 milyon manat olub.

Sektorun balans kapitalı isə 1,4% azalaraq 4 milyard 624,4 milyon manat təşkil edib.

 

Bütün xəbərlər