Prezident Zəngilanın 4, Füzulinin 1, Cəbrayılın 5, Qubadlının 3 kəndlərinin işğaldan azad edildiyini elan etdi

16:37 - 28.10.2020


28 oktyabr, Fineko/abc.az. Ali Baş Komandan Zəngilan və Qubadlının bir sıra kəndlərinin işğaldan azad edilməsi barədə tviterdə paylaşım edib.

ABC.AZ həmin tviti təqdim edir:

Müzəffər Azərbaycan Ordusu Zəngilanın Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli, Füzulinin Mandılı, Cəbrayılın Qazanzəmi, Xanağabulaq, Çüllü, Quşçular, Qaraağac, Qubadlının Qiyaslı, Ədilcə, Qılıcan kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!


Bütün xəbərlər