Cəbhədə vəziyyət necədir? – Nazirlik məlumat yaydı

10:14 - 29.10.2020


29 oktyabr, Fineko/abc.az. Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yayıb.

ABC.AZ xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 28-i gün ərzində və 29-na keçən gecə cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutub.

Döyüş əməliyyatları əsasən cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində davam edib. Düşmənin hücum etmək cəhdlərinin qarşısı qətiyyətlə alınıb.

 

Bütün xəbərlər