MN: Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur

18:34 - 2.11.2020


2 noyabr, Fineko/abc.az. Ermənistan mətbuatı bu gün işğal altında olan yaşayış məntəqələrimizin guya Azərbaycan Ordusu tərəfindən müxtəlif silahlardan atəşə tutulması ilə bağlı bir neçə dəfə həqiqətə uyğun olmayan məlumatlar yayıb. ABC.AZ bu barədə Müdafiə Nazirliyi məlumat verir. Bir daha rəsmi olaraq bildiririk ki, Azərbaycan Ordusu mülki əhaliyə və qeyri-hərbi infrastruktura atəş açmır.
Bütün xəbərlər