Martın 31-nə qədər Azərbaycanın Vergilər Nazirliyi vergi qanunvericiliyinə daxil edilməsi üçün, sahibkarlardan təkliflər toplayır

13.02.2018,15:45


13 fevral, Fineko/abc.az.  Azərbaycanın Vergilər Nazirliyi  Vergi Məcəlləsinə düzəlişlərin tez-tez daxil edilməsini riskli hesab edir.
“Vergilər. Şəffaflıq. İnkişaf” mövzusunda keçirilən konfrans zamanı Azərbaycanın vergilər naziri Mikayıl Cabbarov deyib ki, qurum, vergi qanunvericiliyinə yeni düzəlişlər hazırlayır.
“Düzəlişlərin tez-tez daxil edilməsi risklidir. Vergilər Nazirliyi martın 31-nə qədər  biznes nümayəndələrindən təkliflər qəbul edir. Həmin təkliflərə, düzəlişlərin hazılanması prosesində baxılacaq. Buna  görə də mən, bütün sahibkarları, martın 31-nə qədər öz təkilflərini nazirliyə təqdim etməyi dəvət edirəm”, - nazir belə deyib.

Açar sözlər: Mikayıl Cabbarov