Qarabağda Türkiyə sülhməramlıları da olacaq

10:40 - 10.11.2020


10 noyabr, Fineko/abc.az. Bildiyiniz kimi atəşkəsin elan olunmasından sonra üç tərəfli bəyanat imzalanıb.

ABC.AZ-ın məlumatına görə, bəyanatda Rusiya sülhməramlıları Qarabağda yerləşdiriləcək.

Bununla yanaşı münaqişə tərəflərinin razılaşdırmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədi ilə atəşəkəzə nəzarət məqsədi ilə Sülhməramlı Mərkəz yaradılıb.

Bu Mərkəzdə Rusiya və Türkiyə hərbçiləri fəaliyyət göstərəcək.

Türkiyə rəsmi qaydada bu münaqişənin gələcək həlli işində və atəşəkəsə nəzarət işində rol oynayacaq.

 

Bütün xəbərlər