İnternet məhdudiyyəti bitdi – Bu ərazilərdən başqa

10:40 - 12.11.2020


12 noyabr, Fineko/abc.az. Azərbaycanda internetə qoyulan məhdudiyyət aradan qaldırılıb.

ABC.AZ-ın məlumatına görə, artıq hər kəs internetdən geniş yararlana bilər.

Qeyd edək ki, Azərbaycanda internet 27 sentyabrda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən məhdudlaşdırılmışdı. Ermənistan tərəfindən törədilən genişmiqyaslı təxribatların, kiberinsidentlərin qarşısının alınması məqsədilə ölkəmizdə internetin verilişinə tətbiq edilmiş müvəqqəti məhdudiyyət işğaldan azad olunmuş və keçmiş cəbhəyanı ərazilərdə qalacaq.

 

Bütün xəbərlər