Bölgədə Rusiya sülhməramlılarının missiyası nədirsə, Türkiyənin rolu da eynidir – Çavuşoğlu

11:06 - 12.11.2020


12 noyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda mətbuat konfransı keçirir.

ABC.AZ xəbər verir ki, Çavuşoğlu bir sıra məqamlara toxunub: “Atəşkəsi pozan Ermənistan idi. Biz Azərbaycanın yanında olacağıq. Rusiya ilə razılığa gəldik. Razılaşmanı pozan fəaliyyətləri müəyyənləşdirəcəyik və bölgəni PUA-lar ilə yoxlayacağıq. Ümid edirik ki, Ermənistan dərs aldı. Başqasının torpağına bir də belə hücum etməz. Bu müddətdə Minsk üçlüyünün də dərs götürməsi lazımdır”.

Çavuşoğlu bildirib ki, bölgədə sülhməramlı missiya çərçivəsində Rusiyanın rolu nədirsə, Türkiyənin rolu da eyni olacaq.

 

Bütün xəbərlər