Rusiya nümayəndələri Ankaraya getdi – Qarabağdakı vəziyyəti müzakirə üçün

14:20 - 13.11.2020


13 noyabr, Fineko/abc.az. Qarabağda tərəflərin səlahiyyətlərini müzakirə üçün 20 nəfərlik Rusiya nümayəndə heyəti Türkiyəyə gedib.

ABC.AZ xəbər verir ki, Ankarada olan heyət Milli Müdafiə Nazirliyinə gedərək görüş keçirəcək.

Razılaşma çərçivəsində hansı tərəfin harada duracağı, neçə nəfər sülhməramlının cəlb ediləcəyi və fəaliyyətləri barədə müzakirə aparılacaq.

 

Bütün xəbərlər