Paşinyandan daha bir etiraf - Bacara bilmədik

15:10 - 16.11.2020


16 noyabr, Fineko/abc.az. Ermənistanın baş naziri Nikol Paşinyan müsahibə verərək məğlub olduqları 44 günlük müharibənin bəzi detallarını açıqlayıb.

ABC.AZ xəbər verir ki, Ermənistanın baş naziri Qarabağda bir neçə yüz erməni hərbçisi itkin düşdüyünü vurğulayıb.

"Potensial mübarizə fürsəti olsa da, son saniyəyə qədər mübarizə apardıq. Ancaq bacara bilmədik. Buna görə məsuliyyət daşıyırıq? Bəli! Ancaq 2.5 ildə 30 ildə edilməyənləri etməyə vaxtımız olmadı" deyə Paşinyan qeyd edib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər