Neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişir, Brent bir barelə $43,75 təşkil edir

10:06 - 18.11.2020


18 noyabr, Fineko/abc.az. Neftin etalon markaların qiymətləri OPEC+ ölkələrinin yanvar ayından 2 mln. barel /gündə neft hasilatının artırılması üzrə tövsiyələrin qəbulunu iki həftə təxirə salmasından sonra çərşənbə günü müxtəlif istiqamətlərdə dəyişib.

Saat 9:35-də London ICE Futures birjasında Brentin yanvar fyuçersinin qiyməti bir barrelə 43,75 dollar səviyyəsində qaldı. 17 noyabr ticarət nəticələrinə görə, yanvar ayında Brent fyuçersinin qiyməti bir barelə 0,07 (0,16%), 43,75 dollara düşdü.

Saat 9:35-də Nyu-York ticarət birjasında (NYMEX) WTI-nin dekabr ayına olan fyuçersi $0,12 (0,29%) – bir barelə $41,31-ə qədər aşağı düşdü. 17 noyabr ticarətinin nəticələrinə görə, dekabr fyuçersləri $0,09 (0,22%) – $41,43-ə yüksəldi.

 

Bütün xəbərlər