On ayda hasil olan neftdən 23,8 milyon tonu ixrac olunub – Hesabat

15:26 - 19.11.2020


19 noyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Energetika Nazirliyi 2020-ci ilin yanvar-oktyabr ayları üzrə Azərbaycanda hasil olunan neftin həcmi barədə məlumat yayıb.

ABC.AZ xəbər verir ki, hesabat dövründə 23,8 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub.

Bu 2019-cu ilin 10 ayına nisbətən, təxminən, 2,2 milyon ton, yəni 8,5 faiz azdır.

Neftin (kondensatla birlikdə) 22,6 milyon tonu konsorsium, 1,2 milyon tonu isə SOCAR üzrə ixraca nəql edilib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər