Ermənistanda istefalar bitmir - Müdafiə nazirinin müavini də azad olundu

15:55 - 23.11.2020


23 noyabr, Fineko/abc.az. Ermənistanda hökumətlə xalq arasındakı ixtilaflar dərinləşdikcə istefalar da atır.

ABC.AZ-ın məlumatına görə, bu dəfə müdafiə nazirinin müavini Qabriel Balayan tutduğu vəzifədən azad edilib. Buna səbəblərdən biri bir müddətdir Qarabağ döyüşlərində itkin düşmüş əsgərlərin valideyinlərinin etirazı olub. 

Qeyd edək ki, bir müddət əvvəl David Tonoyan da istefaya göndərilib. Onun yerinə isə Baş nazirin hərbi məsələlər üzrə müşaviri Vaqarşak Harutyunyan təyin edilib.

Bütün xəbərlər