Dünyanın ilk antibakterial smartfonu hazırlanıb - Gələn il satışa çıxarılacaq

11:41 - 24.11.2020


24 noyabr, Fineko/abc.az. Böyük Britaniyada dünyanın ilk antibakterial smartfonu hazırlanıb.

ABC.AZ-ın məlumatına görə, smartfon gümüş ionlarla örtülüb.

Dünyada ilk antibakterial örtüklü telefonu “Bullit Group” şirkətinin mütəxəssisləri yaradıblar.

“Cat S42” mikrobların yayılmasının və patogenlərin böyüməsinin qarşısını almaq üçün gümüş ionları olan korpusda yerləşdirilib. Qeyd olunur ki, gümüş ionlar sayəsində telefonun üzərinə düşən bakteriyaların 80%-i 15 dəqiqə ərzində məhv ediləcək və 99,99 %-i 24 saat ərzində yox olacaq. Telefon suya davamlı olacaq, buna görə də süngər və kranın altında sabunlu su ilə təhlükəsiz şəkildə yuyula bilər. Britaniyada qiyməti 229 funt sterlinq olacaq telefonun 2021-ci ilin əvvəllərinə qədər satışa çıxarılmayacağı bildirilir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər