Fransa rəsmisi ölkəsinin qondarma Dağlıq Qarabağ respublikası tanımasını pislədi

10:19 - 26.11.2020


26 noyabr, Fineko/abc.az. Fransanın Dağlıq Qarabağın müstəqilliyini birtərəfli qaydada tanıması heç kimin xeyrinə olmazdı.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri Fransa Xarici İşlər Nazirliyinin Dövlət Katibi Jan-Batist Lemuan deyib.

O qeyd edib ki, bu, nə Ermənistanın, nə Dağlıq Qarabağın, nə Fransanın, nə Avropa tərəfdaşlarının, nə də ATƏT-in Minsk Qrupunun həmsədrlərinin maraqlarına uyğun deyil.

Onun sözlərinə görə, bu, Fransa hökumətinin siyasəti deyil, Ermənistanın siyasəti deyil, tərəfdaş siyasəti deyil.

 

Bütün xəbərlər