Əmanətlərin tam sığortalanması uzadılsın – Deputatdan təklif

12:25 - 26.11.2020


26 noyabr, Fineko/abc.az. Deputat Vahid Əhmədov “Əmanətlərin tam sığortalanması haqqında” qanun layihəsinin müddətinin  daha 1 il uzadılmasını təklif edib.

ABC.AZ-ın məlumatına görə, V.Əhmədov qeyd edib ki, bu qanun layihəsinin müddəti dekabrın 4-də bitir.

Onun sözlərinə görə, hazırda işğaldan azad edilmiş ərazilərdə iqtisadi layihələr həyata keçiririk.

"Bundan əlavə, ölkədə pandemiya tüğyan edir. Buna görə də, həmin qanun layihəsini 1 il müddətinə uzatmalıyıq. Bildiyimə görə, sabah Maliyyə Sabitliyi Şurasının iclası keçirilməlidir. Cənab baş nazirdən xahiş edirəm ki, qanunun müddətinin uzadılmasıyla bağlı prezident qarşısında məsələ qaldırsın. Əmanətlərin tam sığortalanmasının uzadılmaması sonradan problem yaradar” deyə deputat bildirib.

 

Bütün xəbərlər