43 dövlət əmlakı hərraca çıxarılacaq

12:33 - 27.11.2020


27 noyabr, Fineko/abc.az. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti hərrac 22 dekabr tarixində keçiriləcək.

İqtisadiyyat Nazirliyindən ABC.AZ-a verilən məlumata görə, hərraca 43 dövlət əmlakı çıxarılacaq.

Bunlardan 29-u kiçik dövlət müəssisəsi və yarımçıq tikili, 14-ü isə nəqliyyat vasitəsidir. Özəlləşdirməyə çıxarılan əmlakların tam siyahısı ilə ƏMDX-nin saytından tanış olmaq olar.

Xidməti tərəfindən təşkil edilən hərraclarda hər kəsin sərbəst iştirakı təmin edilir. İştirak etmək istəyən şəxslərin seçdikləri dövlət əmlakı üzrə elektron sifariş verməklə yanaşı, hərraclara onlayn qoşulmaq imkanı da yaradılıb.

Hərrac günü hər kəs Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək özəlləşdirməyə qoşula bilər.

 

Bütün xəbərlər