330x100
 

Mehriban Əliyevadan Şəhidlərlə bağlı paylaşım – Hər biriniz əsl qəhrəmanzınız

04.12.2020,15:16


4 dekabr, Fineko/abc.az. Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi sosial şəbəkə hesabında şəhidlərimizlə bağlı paylaşım edib.

ABC.AZ xəbər verir ki, paylaşımda M.Əliyeva Azərbaycan xalqının igid oğulları Zəfər naminə, Azərbaycanın gələcəyi naminə canlarından keçdiyini, onların hər birinin əsl qəhrəman, rəşadət və qorxmazlıq nümunəsi olduğunu vurğulayıb.

"Bu gün mən şəhidlərimizin ailələri ilə birlikdə kədərlənir, Vətən naminə canından keçməyə hazır olan oğullar tərbiyə etmiş valideynlərin qarşısında baş əyirəm. Şəhidlərimizin qanı nahaq yerə tökülmədi – biz tarixi ədaləti bərpa etdik, müqəddəs Qələbə qazandıq. Bu Qələbə xalqımızın tarixinə əbədi həkk olundu!" deyə paylaşımda qeyd olunub.