Azərbaycandakı Birgə Mərkəzin inşası davam edir – Hulusi Akar

10:42 - 10.12.2020


10 dekabr, Fineko/abc.az. Türkiyə və Rusiya ortaq atəşkəsə nəzarət Birgə Mərkəzinin tikintisi davam edir.

ABC.AZ-ın məlumatına görə, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar parlamentdəki çıxış edərkən deyib.

Cənubi Qafqazdakı vəziyyətə və Dağlıq Qarabağda atəşkəs rejiminin izlənilməsinə dair razılaşmalardan danışan Akar qeyd edib ki, Türkiyə və Rusiya Prezidentləri atəşkəs şərtlərini müzakirə edərək Dağlıq Qarabağda atəşkəsin effektivliyinin təmin olunmasına öz töhfələrini veriblər.

 

Bütün xəbərlər